Azərbaycan dövlət sərhəd mühafizə xidmətinin komandan müavini general-leytenant Azad Ələkbərov və hərbi prokuror müavini, general-mayor Rasim Kazımov Ermənistanla sərhəddə yerləşən Qazax sərhəd bölməsində olublar.Bu haqda APA informasiya agentliyi məlumatlandırıb.
İşçilərlə görüş zamanı rəsmi və məişət şəraiti yoxlanılmış, hərbi qulluqçuların hərbi-vətənpərvərlik tərbiyəsi, onlarda düşmənə (ermənilərə) nifrət hissi aşılamaq, qanun- qayda və hərbi nizam-intizamın yaxşılaşdırılması, cinayət hadisələrinin qarşısının alınması ilə bağlı müvafiq tapşırıqlar verilmişdir.
Söhbət, eyni zamanda, ölkənin möhkəmlənməsinə, xalqın hərtərəfli rifahına, ictimai-siyasi sabitliyin möhkəmlənməsinə töhfə verən Prezident İlham Əliyevin siyasəti haqqında idi.
Ermənistanın siyasi rəhbərliyi iki ölkənin ictimaiyyətini barışığa hazırlamaqdan danışsa da, Azərbaycanda düşmənə nifrət günün tələbinə çevrlib.
Xatırladaq ki, bir neçə gün əvvəl AİHM Azərbaycanda ermənilərə nifrətçilik siyasətinin dövlət səviyyəsində olduğunu təsdiqlədi. Ancaq ölkə hakimiyyəti beynəlxalq təşkilatların və onların qiymətləndirmələrinin Bakı üçün heç bir əhəmiyyəti olmadığını bir daha nümayiş etdirdi.