Başlıcaİctimaiyyət

Dağıstanda Azərbaycana buraxılmağını gözləyən 6 Azərbaycan vətəndaşında koronavirus aşkarlanıb

Dağıstanda Azərbaycana buraxılmağı gözləyən altı vətəndaşda koronavirus aşkarlanıb.

“İnterfax” agentliyinin məlumatına görə, bu barədə xəbəri Dərbəndin Mərkəzi şəhər xəstəxanası yayıb.

Xəbərdə deyilir ki, ümumilikdə xəstəxanaya müvəqqəti saxlanma məntəqələrində yerləşdirilmiş 13 Azərbaycan vətəndaşı gətirilib.

“Həmin şəxslərin altısında COVID-19 aşkarlanıb, daha yeddi nəfərin testlərinin cavabını gözləyirik”, – xəstəxananın Baş həkimi Əbdülqafar Şıxməmmədov deyib.

Onun sözlərinə görə, hazırda həmin xəstələrin müalicəsi üçün hər şey edilir.

Azərbaycan və Rusiya vətəndaşlarının qarşılıqlı səfərləri 18 mart saat 00.00-dan etibarən müvəqqəti olaraq dayandırılıb. Mayın 18-də Dərbənddə ümumilikdə 900-ə yaxın Azərbaycan vətəndaşı var idi. Mayın 18-də və 26-da quru sərhədindən Rusiyadan Azərbaycana 251 nəfər qayıdıb. Digərləri Kullar qəsəbəsinin yaxınlığında yaradılan çadır düşərgəsində Azərbaycana buraxılmalarını gösləyirlər. Bundan əvvəl mətbuata danışan həmin şəxslərdən bir neçəsi vəziyyətin gərgin, insanların qəzəbli olduqlarını bildirmişdilər:

“Gündüz çadırlar çox isti olur. Gecə, əksinə, soyuq olur. Burada çimməyə imkan yoxdur. Çoxlarının ərzaq almağa pulu qalmayıb”.

Daha çox göstər
Back to top button