Başlıcaİctimaiyyət

Həbsdə olan jurnalist baş prokuror və ombudsmana müraciət edib

Xeberman.com və Press-az.com saytların təsisçisi və redaktoru, istintaq altında olan Polad Aslanov Azərbaycanın baş prokuroru Kamran Əliyev və ombudsman Səbinə Əliyevaya müraciət edib. Məlumatı Turan agentliyi yayıb.

O, istintaq zamanı hüquqlarının pozulmasından danışır. Əsasən qeyd edir ki, 2019-cu il iyunun 12-də Naxçıvana gedərkən Biləvuvar sərhəd məntəqəsində ailəsi ilə birlikdə saxlanılıb.  

DTX əməkdaşları saxlanmanın səbəbini ona izah etməyiblər. Vəkil Elçin Sadıqovla yalnız iyunun 14-də məhkəmədən bir saat əvvəl görüş veriblər.

Ötən gecə Aslanova videokamera qarşısında etirafedici ifadə verməyə məcbur ediblər, onu azyaşlı uşağına, həyat yoldaşına və anasına zərər yetirəcəkləri ilə hədələyiblər. Aslanovun sözlərinə görə, ona qarşı yeganə “sübut” məhz bu “etirafdır”.

Aslanov hesab edir ki, 11 aydır ki, əsassız olaraq DTX istintaq təcridxanasında saxlanılır. Bu müddətdə müxtəlif dövlət orqanlarına müraciət edib. İstintaqın qanunsuz hərəkətləri barədə şikayəti üzrə araşdırma keçmiş baş prokuror Zakir Qaralov və onun müavini Rüstəm Usubovun vaxtında bağlanıb.

10 iclas ərzində məhkəmə müdafiə tərəfinin 30 vəsatətdən heç birini təmin etməyib.

Aslanovun işi üzrə proses karantin rejimi ilə əlaqədar dayandırılıb və iyunun 8-də bərpa olunacaq. Bununla əlaqədar Aslanov baş prokuror və ombudsmandan xahiş edir ki, işə obyektiv baxılsın və ədalətli qərar çıxarılsın.

Daha çox göstər
Back to top button