Başlıcaİctimaiyyət

“Rusiyadan Azərbaycana hərbi təchizat üçün rüşvət verildi”

Rusiya rəsmisi Azərbaycana hərbi texnikanın təchizatı üçün rüşvət aldı.

Rusiyanın “Kommersant” qəzeti xəbər verir ki, Moskva məhkəməsi Rusiya Federasiyası Sənaye və Ticarət Nazirliyinin bir əməkdaşı tərəfindən rüşvət almaqla əlaqəli cinayət işində üç müttəhimi həbs edib.

İstintaqa görə, nazirliyin hərbi-texniki əməkdaşlıq şöbəsinin müdiri Rizvan Gairbekov, Nijeqorod Aviasiya Cəmiyyətinin baş direktoru Vasili Klepalovdan Azərbaycana təchizat üçün şirkətə icazə sənədlərinin verilməsi üçün 4,5 milyon rubl aldı.

Rüşvət işində vasitəçi olan şəxs isə, onların dostu idi – Rusiya Federasiyası Hərbi-Texniki Əməkdaşlıq Federal Xidmətinin xarici dövlətlərlə hərbi-texniki əməkdaşlıq şöbəsinin müdiri Sergey Qarmaşdır.

Daha çox göstər
Back to top button