Qarabağ nizamlanmasında fundamental dəyişiklik yoxdur, amma optimistlik qalmaqdadır. Bu sözləri RF Xarici işlər nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
Onun sözlərinə görə, Moskva “bu uzadılmış böhranın davamlı həllini danışıqlar yoluyla nizamlanmasının tərəfdarıdır”.
“Biz, qonşu ölkə kimi mümkün olan hər şey edəcəyik.Bir ölkə ki,ölkələrlə uzun müddət dostluq, qarşılıqlı əməkdaşlıq edir. Uzunmüddətli tarixi əməkdaşlıq quran bir ölkə olaraq konstruktiv töhfəmizi vermək üçün mümkün olan hər şeyi edəcəyik”-deyərək Zaxarova eləcə də, Rusiyanın Minsk Qrupunun işində vasitəçi rolunu qeyd etdi.