İyunun 8-də Artsax Respublikası Parlamentinin sədri Artur Tovmasyan Artsax Azadlıq Döyüşçüləri Birliyini ziyarət etdi və Birliyin prezidenti, Artsax Qəhrəmanı, Müdafiə Ordusunun general-mayoru Samvel Karapetyan və Birlik heyətinin nümayəndələri ilə görüşdü.
İştirakçıları salamlayan Parlamentin Sədri, Artsax azadlıq mübarizəsində əməyi olan azadlıq döyüşçülərinin birləşməsində, fəaliyyətin əlaqələndirilməsində və dəstəklənməsində Birliyin rolunu yüksək qiymətləndirdi. Artur Tovmasyan azadlıq döyüşçülərinin ölkə hakimiyyətinin gündəlik diqqət mərkəzində olacağına inandırdı. “Ölkələrimizin sərhədini qanı ilə çəkən azadlıq döyüşçülərinin sıralarımızda olduğu üçün qürur duyuruq. Onların xatirəsinə əbədi izzət!”- deyə Parlamentin sədri qeyd edib.
Artsax Azadlıq Döyüşçüləri Birliyinin prezidenti Samvel Karapetyan Parlamentin sədri Artur Tovmasyanı və bütün 7-cı çağırış deputatları vəzifələrinə başlaması münasibətilə təbrik etdi və onlara səmərəli iş arzuladı.
Görüşdə Parlament sədrinə Azadlıq Döyüşçüləri Birliyinin 2020-ci il üçün fəaliyyət proqramı təqdim edildi. Azadlıq döyüşçülərinin sosial problemləri və dövlət dəstəyi proqramları ilə bağlı bir sıra məsələlər müzakirə olundu.
Tərəflər prioritet məsələlər üzrə araşdırma aparmaq və ən qısa zamanda həll yolları təklif etmək barədə razılığa gəldilər. Qanunvericilik sahəsində dəyişikliklərin edilməsinə də toxunulub.