BaşlıcaSiyasət

Azərbaycan Türkiyə ilə hərbi maliyyələşdirmə sazişini ratifikasiya edib

Fevralın 25-də Azərbaycanla Türkiyə arasında imzalanmış “Hərbi-maliyyə əməkdaşlığı haqqında Sazişi”na əsasən Türkiyə Azərbaycana 200 milyon TL məbləğində (təxminən 29,5 mln ABŞ dollar) kredit xətti açır və Azərbaycan həmin pulla Türkiyədən hərbi texnika, silahlar ala bilər.

Mayın 31-də bu razlaşma Azəbaycan Milli Məclis tərəfindən ratifikasiya edildi.

Razminfo saytına əsasən, keçən gün Azərbaycanın hakimiyyətyönümlü mənbələri məlumat yayıb ki, Azərbaycan Türkiyədən bu pulla pilotsuz uçan aparatları, “Atak” hücum vertolyotları, “Altay” tanklarını almaq istəyir, hansı da daha çox təbliğata bənzəyir.

Qeyd etmək lazımdır ki, Türkiyənin “Altay” tankları Türkiyədə seriya istehsalına verilmir, nə vaxt veriləcəyi bilinmir, çünki Türkiyə şirkətləri tank üçün lazım olan mühərriki tapa bilmirlər.

Qeyd edək ki, 2017-ci ildə Azərbaycan və Türkiyə arasında belə bir müqavilə daha 5 il müddətinə imzalanmışdı, lakin o zaman Türkiyə Azərbaycana daha az pul – təxminən 8 milyon dollar verərdi.

Xatırladaq ki, razılaşma fevralın 25-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi nümayəndə heyətinin Bakıya səfəri zamanı imzalanmışdır. Ərdoğan iki ölkə arasındakı “Strateji Əməkdaşlıq Şurası” nın 8-ci iclasında iştirak edib.

Görüşün sonunda tərəflər müxtəlif sahələrdə 14 müqavilə imzaladı, onlardan biri də iki ölkənin müdafiə nazirləri arasında “hərbi maliyyələşdirmə” haqqında razılaşma oldu.

Daha çox göstər
Back to top button