Başlıcaİctimaiyyət

Azərbaycan vətəndaşları Dağıstanda aclıq aksiyası keçiriblər

Azərbaycan-Rusiya sərhədindəki hələ ki gərgindir. “Turan” İnformasita Agentliyi xəbər verir ki, dörd gündən çoxdur ki, Azərbaycan vətəndaşları Dağıstanın Qullar qəsəbəsində kütləvi aclıq aksiyası keçirirlər.

Onlar “Evə istəyirik!” şüarı altında keçiririb.

Aclıq aksiyasında 200 nəfərə yaxın adam daimi və ya növbə ilə iştirak edir.

Adamlar Azərbaycan və Rusiya hakimiyyətlərindən tezliklə sərhəddən buraxılmalarını tələb edirlər.

Hazırda Rusiya-Azərbaycan sərhəddə hələ də təxminən 650-700 nəfər toplaşıb.

Onların yarısı çadır düşərgəsində, qalanları şəxsi avtomobillərdə, yarıtikilmiş binalarda, sellofandan düzəldilmiş çadırlarda yaşayır.

“Biz burada – çöldə yaşamaqdan yorulduq. Gündüz çox isti olur, yuyunmaq imkanı yoxdur, normal qidalanma yoxdur, çoxunda pul qalmayıb”, – deyə Azərbaycan vətəndaşlarından biri bildirib.

Daha çox göstər
Back to top button