Başlıcaİctimaiyyət

Ermənistanda daha 195 nəfərdə koronavirus aşkarlanıb, 85 nəfər sağalıb

Ermənistanda daha 195 nəfərdə koronavirus aşkarlanıb, 85 nəfər sağalıb.

Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bildirilib ki, bununla da Ermənistanda virusa yoluxanların sayı 13 325-ə yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 11 nəfər artaraq 211-ə çatıb. Bildirilib ki, indiyədək 4 099 nəfər infeksiyadan sağalıb. Hazırda Ermənistanda 8 943 aktiv koronavirus xəstəsi var.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 70 000 test aparılıb.

Daha çox göstər
Back to top button