Başlıcaİctimaiyyət

Mikael Minasyan Azərbaycan təbliğatının əsas mənbəyidir: Deputat

ER parlamentinin deputatı Tatevik Hayrapetyan ER sabiq prezienti Serj Sarkisyanın kürəkəni Mikael Minasyanı “Azərbaycan təbliğatının əsas mənbəyi” adlandırıb.

İnfoteka 24 yazır ki, bu barədə Hayrapetyan öz Facebook səhifəsində Haqqin.az-da yer alan “Azərbaycan strateji Yerevan-Goris yoluna nəzarəti Paşinyanın dövründə ələ aldı” sərlövhəli məqaləni paylaşaraq yazıb.

“Axtarışda olan kürəkənin növbəti canlı yayəmı barədə Azərbaycan mətbuatından xəbər tutdum və bir daha da əmin oldum ki, Mikael Minasyan Azərbaycan təbliğatının əsas mənbəyidir. Digər ölkələrin mətbəxlərində öz ölkənizə zərər verməyə davam edə bilərsiniz, yaxşı etdiyiniz yeganə şey budur”,-deyə deputat qeyd etdi.

Daha çox göstər
Back to top button