Başlıcaİctimaiyyət
Azərbaycan-Rusiya sərhədində aclıq aksiyası davam etməkdədir
Rusiya-Azərbaycan sərhədində Azərbaycana keçmək üçün gözləyən Azərbaycan vətəndaşları aclığı dördüncü gündür davam etdirirlər. Aksiya iştirakçıları ölkəyə buraxılmalarını tələb edirlər.
“Turan” İnformasiya Agentliyi xəbər verir ki, aclıq edənlərin sayı hazırda 150 nədəfərədəkdir.
“Bircə tələbimiz var. Sərhədi açsınlar, evimizə gedək. Aclıq edənlər dünən yağışın altında qaldılar. Bu gün də günün istisində orada dururlar”, deyə Azərbaycan vətəndaşlarından biri qeyd edib.
Onun sözlərinə görə, sərhəddə qaldıqları yerdə sanitar vəziyyət çox pisdir.