Başlıcaİctimaiyyət

Ermənistan və Azərbaycan radiotezliklər üzrə razılıq əldə ediblər

Ermənistan və Azərbaycan sərhəddə radio dalğalarının paylanmasına dair razılıq əldə ediblər.

Bu barədə 2019-cu ildə daimi parlament komitələrinin birgə iclasında yüksək texnoloji sənaye naziri Hakob Arşakyan bildirib.

Onun sözlərinə görə, 2019-cu ildə Cenevrədə Beynəlxalq Telelekomunikasiya Birliyinin dəstəyi ilə Azərbaycan nümayəndələri ilə üç görüş keçirilib.

Nazir qeyd etdi ki, görüşlər ərzində sərhəddə tezlik ilə bağlı məsələlər müzakirə olunub.

“İnidyə qədər Bakı ilə danışıqlar nəticəsiz idi, tərəflər Ermənistan və Azərbaycanın hansı tezlikdən istifadə edəcəyinə dair razılıq əldə etməyiblər. Lakin son üç görüşlər nəticəsini verdi. 134 tezliklə bağlı razılaşma əldə olunub və hazırda biz bunlardan istfadə edirik”,- deyə nazir qeyd etdi.

Daha çox göstər
Back to top button