Başlıcaİctimaiyyət

Ermənistanda daha 350 nəfərdə koronavirus aşkarlanıb

Ermənistanda daha 350 nəfərdə koronavirus aşkarlanıb, 352 nəfər sağalıb.

Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bildirilib ki, bununla da Ermənistanda virusa yoluxanların sayı 13 675-ə yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 6 nəfər artaraq 217-yə çatıb. İndiyədək 4 451 nəfər infeksiyadan sağalıb. Hazırda Ermənistanda 8 933 aktiv koronavirus xəstəsi var.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 71 407 test aparılıb.

Daha çox göstər
Back to top button