BaşlıcaSiyasət

Milli Şurası Azərbaycan DİN-in xalqdan üzr istəməsini tələb edib

Demokratik Qüvvələrin Milli Şurası (DQMŞ) iyunun 8-də Bakının Yasamal rayonunda polisin güc əməliyyatını və 11 dinc vətəndaşın saxlanılmasını qəti şəkildə pisləyib. Məlumatı Turan agentliyi yayıb.

Milli Şura öz bəyanatında vətəndaşlarla qeyri-insani, alçaldıcı, ləyaqəti alçaldan rəftar etdiyinə görə DİN-in xalqdan üzr istəməsini tələb edib.

“Əliyev rejimindən Azərbaycan xalqı ilə əsir götürülmüş əhali, Azərbaycan ilə işğal edilmiş ərazi kimi davranmaq praktikasına son qoymasını tələb edir.”

Sənəddə polisin məhkəmə qərarı olmadan vətnədaşların mənzilinə daxil olması, qanuna zidd şəkildə insanlara qarşı hədsiz zor tətbiq edilməsi, aşağılayıcı rəftarı Azərbaycan konstitusiyasına, Avopa İnsan Hüquqları Konvensiyasına zidd olduğu qeyd edilir.

DİN artıq çoxdan konstitusion nəzarətdən çıxıb və nəinki mənəvi, siyasi, hüquqi rəzaləti və cinayəti özü icra edir, hətta ölkə əhalisinin gözünü qorxutmaq və haqları uğrunda mübarizədən çəkindirmək məqsədilə cinayətkar hərəkətlərə yol verir.  Bundan əlavə, DİN əhalini qorxutmaq məqsədilə vətəndaşlara qarşı işgəncələri videoya çəkir və sosial şəbəkələrdə yerləşdirir, – bəyanatda bildirilir.

Daha çox göstər
Back to top button