Başlıcaİctimaiyyət

Rusiyadan 130 Azərbaycan vətəndaşı qayıdıb, ən azı 500 nəfər isə qayıdacağını gözləyir

Bu gün Rusiyadan Azərbaycana 130 vətəndaş gəlib. Onlar uzun həftələrdir ki, Dağıstanda qalaraq Vətənə keçəcəyini gözləyənlərdir.

Bununla belə, sərhəddə hələ də ən azı 500 nəfər öz ölkəsinə qayıdacağını gözləyir. Bu barədə Turan-a sərhəd Qullar qəsəbəsində Rusiya FHN-in təşkil etdiyi çadır düşərgəsinin sakinləri bildiriblər.

“Havanın temperaturu hər gün yüksəlir. Niyə dövlətimiz bizi bu cür əzab-əziyyətə məhkum edir, öz ölkəmizə görə utanırıq. Doğrudanmı, bizi Azərbaycana keçirmək və orada çadırlarda yerləşdirmək çox çətindir? – bir ay yarımdır Dağıstan sərhəddində olan vətəndaşlardan biri deyib. 

Sərhəddən keçidin sürətləndirilməsi tələbi ilə alt gün öncə başlayan aclıq bu gün dayandırılıb.

Yaşlı nəslin nümayəndələri gəncləri aclığı dayandırmağa razı salıblar, çünki bu, immunineti zəiflədir. Bundan əlavə, insanların toplanması və məsafəyə riayət edilməməsi virusun yayılmasına şərait yaradır.

Qeyd edək ki, sonuncu dəfə Rusiyadan 120 Azərbaycan vətəndaşı təxliyə olunub. 

Daha çox göstər
Back to top button