BaşlıcaSiyasət

Vaşinqton – “Din azadlığı hər kəs üçün qorunmalıdır”

“ABŞ vicdanlı xidmətdən təxminən 20 il sonra Rəhim Axundovun öz əqidəsinə görə Azərbaycan parlamentindəki vəzifəsindən azad edilməsi barədə məlumatdan narahatdır”, – ABŞ-ın beynəlxalq dini etiqad azadlığı məsələləri üzrə səfiri Sem Braunbek Tvitterdəki hesabında yazıb.

“Din azadlığı hər kəs üçün qorunmalıdır, o cümlədən işə götürülərkən”, – o, təfərrüatları dəqiqləşdirmədən qeyd edib.

Diplomatik mənbələrin TURAN-ın müxbirinə verdiyi məlumata görə, Vaşinqtonun narahatlığı xristianların Azərbaycanda öz dinlərinə etiqad etdiklərinə görə cəzalandırıla və ya işdən çıxarıla biləcəyi barədə xəbərlərdən qaynaqlanır.

Azərbaycan parlamentinin xarici əlaqələr şöbəsində çalışan 50 yaşlı R.Axundov 2018-ci ildə qanunsuz işdən çıxarılmasına görə keçmiş işəgötürənlərini məhkəməyə verib.

2018-ci ildə yerli KİV bildirmişdi ki, o, dini təzyiqin qurbanı olub ki, bunu TURAN müstəqil olaraq təsdiq edə bilməz. R.Axundovun özü isə bazar ertəsi axşama qədər hesabatı şərh edə bilməyib.

2018-ci ildə Facebook-dakı statusunda R.Axundov öz işinə işarə etmədən sual vermişdi: “Əgər Azərbaycan Respublikasının vətəndaşları öz dini əqidələrinə görə işdən çıxarılıblarsa, kimə və ya hansı dövlət müəssisəsinə müraciət etməlidirlər? Əgər bu baş verirsə, vətəndaş nə etməlidir? O susmalıdır, yoxsa bu məsələni qaldırmalıdır?”

Daha çox göstər
Back to top button