Başlıcaİctimaiyyət

2019-cu ildə qaçqınların integrasiya layihəsinə 3.3 mln dollar ayrıldı: Nazir

2019-cu ildə Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi qaçqınların inteqrasiya proqramının həyata keçirilməsi üçün 1,6 milyard dram (təxminən 3.3 mln dollar) ayrıldı.Proqramın 99,7%-i həyata keçirilib.

Bunu Ərazi İdarəetmə və İnfrastruktur naziri Suren Papikyan iyunun 10-da ER parlamentində 2019-cu il dövlət büdcəsinin icrasına dair hesabatın müzakirəsi zamanı söyləyib.

Proqram çərçivəsində ayrılan vəsaitin böyük hissəsi, təxminən 1,5 milyard dram, 1988-1992-ci illərdə Azərbaycandan qaçmaq məcburiyyətində qalan 112 ailənin mənzillə təmin olunmasına xərclənmişdir. “Qeyd etmək istərdim ki, bu proqram davamlı olacaq və 2020-ci il büdcəsində də proqramın icrası üçün vəsait ayrılıb”,- deyə nazir əlavə edib.

Daha çox göstər
Back to top button