İctimaiyyət

Azərbaycan polisi ölkə vətəndaşlarını faşist kimi döyüb, işgəncə verib: Hüquq müdafiəçiləri

“Siyasi məhbuslara azadlıq” İttifaqı iyunun 8-də Yeni Yasamal yaşayış massivində vətəndaşların saxlanılması zamanı polis zorakılığını pisləyərək, polisin xüsusi əməliyyatını faşist Almaniyasında yəhudilərin nasistlər tərəfindən mənzillərindən çıxarılması ilə müqayisə edib. Məlumatı “Turan” agentliyi yayıb.

İttifaq bəyanatında polisin evlərə daxil olmasını, vətəndaşları döyməsini və mənzillərdən təhlükəli terrorçular kimi çıxarmasını pisləyib.

Bundan başqa, 11 nəfər saxlanılan şəxs polis bölməsində vəhşicəsinə döyülüb. “Azərbaycan polisi ölkə vətəndaşlarını faşist kimi döyüb, işgəncə verib”, deyə bəyanatda bildirilir.

Buna baxmayaraq, “paqonlu cinayətkarlara heç bir cəza verilməyəcək”. “Azərbaycanda işgəncələr və işgəncədən ölüm halları ənənəvi təcrübədir. Və bütün dövlət sistemi bu zorakılıq üzərində qurulub”, deyə bəyanatda qeyd edilir. İttifaq polisə ictimai qınaq kampaniyası təşkil etməyitəklif edir.

“Onların adlarını, soyadlarını, rütbələrini müəyyənləşdirməyi və açıqlamağı təklif edirəm. İctimaiyyət cinayətkarların adlarını bilməlidir, onlarla salamlaşmaq, əl sıxmaq olmaz. Onlar haqqında məlumatlar hər yerdə yayılmalıdır!”,  – deyə Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və “Siyasi Məhbusların Monitorinqi Mərkəzinin rəhbəri Elşən Həsənovun imzaladığı bəyanatda bildirilir.

Daha çox göstər
Back to top button