Başlıcaİctimaiyyət

Azərbaycanda koronavirusa yoluxanların sayı 8 mini keçib

Azərbaycanda koronavirus infeksiyasına 315 yeni yoluxma faktı qeydə alınıb, 229 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb, 5 nəfər vəfat edib.

Bu barədə iyunun 9-da Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

“İndiyədək ölkədə ümumilikdə 8191 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 4606 nəfər müalicə olunaraq sağalıb, 98 nəfər vəfat edib, 3487 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir,” deyə məlumatda qeyd edilir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 5 min 809, ötən müddət ərzində isə ümumilikdə 349 min 200 test aparılıb.

Daha çox göstər
Back to top button