BaşlıcaBeynəlxalq

“Ermənistana koronavirusun iqtisadi nəticəlırinin aradan qaldırılması üçün 25 milyon dollar verilsin”

Amerikadakı Hay Dat Komitəsi Senatın Xarici İşlər üzrə Komitəsinin subsidiyalar üzrə alt komitəsinə müraciət edərək Vaşinqtondan Ermənistan və Artsaxa göstərilən yardımın həcmini genişləndirməyə çağırıb.

Asbarez məlumat verir ki, bu Alt Komitəsi 2021-ci maliyyə ili üçün xarici ölkələrə göstəriləcək yardımla bağlı qanun layihəsinin öz versiyasını hazırlayır.

ANCA-nın Dövlət İşləri üzrə Direktoru Tereza Yerimyan, Alt Komitəyə müraciət edərək, ABŞ-ın Ermənistanda koronavirus pandemiyasının nəticələrinin aradan qaldırılmasında oynaya biləcəyi vacib rolunu vurğuladı.

Müraciətdə Ermənistana ən az 25 milyon dollar yardım göstərərək koronavirusun yaratdığı böhranın uzunmüddətli iqtisadi nəticələrini aradan qaldırmanı xahiş olunur.

Yerimyan həmçinin ABŞ tərəfindən Artsaxda “Halo Trust” təşkilatının minatəmizəmə işlərinin maliyyələşdirilmə əhəmiyyətini vurğulayıb.

Bundan başqa, ANCA ABŞ-dan Ermənistan üçün 90 milyon dollarlıq yardım xahiş edərək, Azərbaycana verilən hərbi yardıma daha böyük vəsaitlərin ayrılması münasibətilə öz narahatlığını ifadə edib.

Yerimyanın sözlərinə görə, Vaşinqton ya Bakıya hərbi yardım göstərməyi dayandırmalı, ya da Ermənistana və Azərbaycana göndərilən dolları bərabərləşdirməlidir.

Daha çox göstər
Back to top button