BaşlıcaBeynəlxalq

ABŞ Dövlət Departamentinin din haqda hesabatı Azərbaycanda sui-istifadələrin olduğunu əks etdirir

ABŞ Dövlət Departamenti dini azlıqların təqib edildiyi ölkələrdə təqiblər, dözümsüzlük və digər mənfi tendensiyaların qaranlıq mənzərəsini çəkir. Bu barədə Dövlət Departamentinin 2019-cu ildə beynəlxalq dini azadlıq haqqında illik hesabatında deyilir, Turan-ın müxbiri məlumat verir.

Bu ilin məruzəsi prezident Trampın sərəncam imzalamasından bir həftə sonra təqdim edilib. Sərəncamda ABŞ hökumətinə dini etiqad azadlığına prioritet diqqət ayırmaq tapşırılır.

Hesabata görə, bir çox ölkələrdə insanlar “dini azadlıqdan daha çox dini təqiblə daha yaxşı tanışdırlar”, – ABŞ-ın beynəlxalq dini azadlıqlar üzrə səfiri Sem Braunbek bildirib.

Məruzədə Azərbaycan ilə bağlı bildirilir ki, yerli məhkəmələr 2018-ci ilin iyulunda Gəncə şəhər merinə hücumdan sonra saxlanmış 77 nəfərdən 57-ni müxtəlif müddətə azadlıqdan məhrum edib.

“Hakimiyyət bəyan edib ki, məhkumlar konstitusiya quruluşunu devirmək məqsədilə şiə “ekstremist əlbirliyi”nin bir hissəsi olublar.

Hüquq müdafiəçiləri həmin şəxslərdən 48-ni siyasi məhbus hesab edirlər. Məhkəmə proseslərində onlar şahidlik ediblər ki, polis və digər hüquq-mühafizə orqanları nümayəndələri onlara yalan etiraf almaq üçün işgəncə veriblər”.

Yerli hüquq- müdafiə təşkilatları bildirirlər ki, hakimiyyət orqanları dini fəallara qarşı fiziki təqibləri və həbsləri davam etdirir. “Müsəlman Birliyi” Hərəkatının liderləri Taleh Bağırzadə və Abbas Hüseynov Qobustan həbsxanasında nəzarətçilərin davranışına etiraz edərək 16 və 14 gün aclıq ediblər. Hüquq müdafiəçiləri “Müsəlman Birliyi” Hərəkatının bu və digər üzvlərini siyasi məhbus hesab edirlər.

Hesabata görə, səfir və ABŞ Səfirliyinin digər əməkdaşları hökumət rəsmilərini saxlananlara qarşı işgəncə iddiaları daxil olmaqla ciddi fiziki təzyiq iddialarını araşdırmağa çağırıb. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə işləyərək dini icmaların qeydiyyat prosesi ilə bağlı çoxdankı məsələlərin həllinə səsləyir.

Daha çox göstər
Back to top button