BaşlıcaBeynəlxalq

Almaniyada azərbaycanlı siyasi mühacirlər Azərbaycanda polis zorakılığını pisləyən aksiya keçirib

Almaniyada yaşayan  siyasi mühacirlərdən ibarət qrup bu gün AFR kansleri Angela Merkelin iqamətgahı önündə aksiya keçirib.

Turan agentliyinə əsasən, aksiya  Bakıda polis zorakılığına etiraz olaraq keçirilib.

Etiraz iştirakçıları  siyasi məhbusların portretlərini və “Vilayət   Eyvazov  məhkəmə önünə!”,    “Polis zorakılığına son!” şüarlarını qaldırıblar.

Çıxış edənlər çevik polis alayının əməkdaşları Yasamal rayonunda yaşayış massivində  keçirdiyi əməliyyatı pisləyərək  bu  qərarı verənlərin,  əsəsən Vilayət Eyvazovun cəzalandırılmasını tələb ediblər.

Keçmiş vicdan mənbusu, jurnalist  Əfqan Muxtarlı AFR hökumətini “diktatorlara münasibətə yenidən baxmağa” çağırıb. Onun fikrincə, Almaniya Azərbaycanın antidemokratik rejimi ilə əməkdaşlıq etməməlidir.

“Aİ neft-qaz məsələlərinə görə Azərbaycanda antidemokratik hərəkətlərə, vətəndaşların kütləvi döyülməsinə, həbsinə biganə qalmamalıdır”, – Ə.Muxtarlı deyib.

Daha çox göstər
Back to top button