
Koronavirus səbəbindən Artsaxda fövqəladə vəziyyət rejimi prezidentin iyunun 11-də imzalanmış sərəncamı ilə 30 gün müddətinə uzadıldı. Bu barədə Respublikanın Baş informasiya idarəsindən məlumat verilir.
Pres-relizə görə, Artsax prezidenti Araik Harutyunyan 11 iyun 2020-ci il tarixindən saat 22.00-dan 11 iyul 2020-ci il tarixinə qədər saat 22.00-dək fövəladə vəziyyətin uzadılması ilə bağlı fərman imzaladı.
Artsaxda fövqəladə vəziyyət rejimi aprelin 12-dən bir ay müddətinə elan edildi, sonra Respublika prezidentinin fərmanı ilə 2020-ci il 11 iyunu daxil olmaqla uzadıldı.
Ən son məlumatlara görə, 2020-ci il iyunun 9-da Artsaxda 64 koronavirus hadisəsi təsdiqləndi, onlardan 41-i sağaldı, 77 nəfər təcrid edildi. Artsaxda COVID-19-dan ölən yoxdur.