BaşlıcaSiyasət

Azrbaycanda növbəti irqçilik addım: Bakı Məhkəməsi Axundovun xristianlığı qəbul etdiyinə görə işdən çıxarılması barədə qərarı qüvvədə saxlayıb

Bakı Apellyasiya Məhkəməsində Azərbaycan Parlament Aparatının beynəlxalq əlaqələr şöbəsinin keçmiş əməkdaşı Rəhim Axundovun şikayətinə baxılıb.

“Turan” İnformasiya Agentliyi xəbər verir ki,məhkəməAxundovun işdən çıxarılması barədə qərarı qüvvədə saxlayıb. O, Azərbaycan Ali Məhkəməsinə kassasiya şikayəti vermək niyyətindədir.

Axundov bildirib ki, işdən dini mənsubiyyət ayrı-seçkiliyi ilə əlaqədar, daha doğrusu, xristianlığı qəbul etdiyinə görə azad edilib.

Axundov onu da qeyd edib ki, rəsmi olaraq işdən çıxarılmazdan əvvəl bir sıra hökumətyönlü saytlar onun “dinini dəyişdirdiyinə” görə vəzifədən azad edildiyi barədə məlumat yaymışdı. “Onlar işdən azad ediləcəyimi əvvəlcədən necə bilə bilərdilər?”, deyə Axundov bildirib.

Maraqlıdır ki, Axundov özü işdən çıxarılması haqqında ərizə yazıb. Bunu niyə etdiyi barədə suala cavabda məmur buna “məcbur olduğunu” desə də, səbəbini izah etməyib.

Daha çox göstər
Back to top button