BaşlıcaEkonomika

Dünya Bankı Ermənsitana verilən kreditlər üzrə illik əlavə faiz dərəcəsini bir il müddətinə ləğv etdi

2020-ci ildə koronavirus epidemiyası səbəbindən dünyanın bütün ölkələrində iqtisadi vəziyyətin pisləşməsi ilə bağlı proqnozları nəzərə alaraq beynəlxalq maliyyə qurumları üzv dövlətləri epidemiyanın nəticələrini aradan qaldırmaq üçün mümkün qədər dəstəkləməyə çalışır.
Bu barədə ER Hökumətindən məlumat verilib.

Bu çərçivədə, Ermənistan Respubliaksı və Dünya Bankının birgə işi nəticəsində Beynəlxalq İnkşaf Assosiyasiyası tərəfindən Ermənistana verilən bir çox kreditlər üzrə illik faiz dərəcəsinin (illik 1,7%) tətbiqi ilə bağlı əvvəlki qərar bir il müddətinə dayandırılıb və maliyyə ili üün tətbiq olunmayacaq (1 iyul 2020-ci il – 30 iyun 2021-ci il).

Dünya Bankı və ER Maliyyə Nazirliyinin qiymətləndirmələrinə görə, bir il müddətinə əlavə 1.7% faiz dərəcəsinin ləğvi nəticəsində Ermənistan Respublikasının dövlət büdcəsinin xarici faiz ödəmələrinə qənaəti təxminən 13 milyon ABŞ dolları təşkil edəcək.

Daha çox göstər
Back to top button