Başlıcaİctimaiyyət

Ermənistanda daha 566 nəfərdə koronavirus aşkarlanıb, 244 nəfər sağalıb

Ermənistanda daha 566 nəfərdə koronavirus aşkarlanıb, 244 nəfər sağalıb.

Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bildirilib ki, bununla da Ermənistanda virusa yoluxanların sayı 14 669-a yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 18 nəfər artaraq 245-ə çatıb. İndiyədək 5 466 nəfər infeksiyadan sağalıb. Hazırda Ermənistanda 8 876 aktiv koronavirus xəstəsi var.

İndiyədək 75 389 test aparılıb.

Daha çox göstər
Back to top button