Başlıcaİctimaiyyət

Gürcüstan Ermənistana bir qrup həkim göndərəcək

Gürcüstan koronavirusun yaratdığı böhranı aradan qaldırmaq üçün Ermənistana kömək edəcək və gürcü həkimlərini göndərəcəkdir.

Bunu Gürcüstanın baş naziri Giorgi Qaxaria hökumət iclasında bəyan edib.

O qeyd edib ki, heç bir ölkə təkcə koronavirusun yaratdığı böhranı aradan qaldıra bilməz.

Onun sözlərinə görə, Gürcüstan qonşu Ermənistana kömək məsələsini müzakirə edir və müvafiq tapşırıq Səhiyyə Nazirliyinə verilib.

“Bir-birimizi dəstəkləməliyik. Bildiyiniz kimi son zamanlar qonşu ölkələrimizdə vəziyyət gərgin idi. Şəxsən mən hər gün Ermənistanın Baş naziri ilə əlaqə qururam, Səhiyyə, İqtisadiyyat və Xarici İşlər Nazirləri də elə edir”,-deyə Qaxariya bildirib.

Daha çox göstər
Back to top button