Başlıcaİctimaiyyət

İqtisadiyyat Nazirliyi: “Ermənistanın ərzaq təhlükəsizliyi təmin olunur”

Ermənistanın ərzaq təhlükəsizliyi təmin olunur. Bu barədə ER Parlamentinin daimi parlament komitələrinin iclasında iqtisadiyyat naziri Tiqran Xaçatryan bildirib.

Onun sözlərinə görə, ölkədə ərzaq təhlükəsizliyinin səviyyəsi olduqca yüksəkdir, meyvə-tərəvəz daxili istehsalı tələbatı təmin olunur, həttə ixracın mümkünlüyü haqqında danışmağa imkan verir.

“Eyni vəziyyət ərzaq sahəsindədir. Ölkədə quş əti baxımından yerli istehsal tələbatın yalnız 1/4 hissəsini, donuz əti isə 2/3-ni təmin edir.Taxıl sahəsində daxili ehtiyatlar kifayət deyildir, burada tələbatın yalnız yarısını təmin edirik, digər qismi isə idxal edirik. Lakin Avrasiya İqtisadi Birliyinin ümumi bazarı nəzərə alsaq, bu heç nə problem yaratmayacaq. Ermənsitan Avrasiya İqtisadi Birliyinin üzvüdür. Bu da inam verir ki, ərzaq təlükəsizliyi ilə bağlı heç bir problem olmayacaq”,- deyə Xaçatryan bildirib.

O bildirib ki, Rusiyada da həm taxıl, həm də quş əti baxımından istehsal çatışmazlığı var. Nazirin fikrincə, Ermənistan hər zaman ehtiyac duyduğu təqdirdə məhsul ala bilər və buna görə heç bir çətinlik olmayacaqdır.

İqtisadiyyat nazirinin sözlərinə görə, bu məsələdə yeganə problem logistikadır, lakin bu istiqamətdə artıq işlər görülür.

Daha çox göstər
Back to top button