İctimaiyyət

Pandemiyaya görə Bakıda qalmış turistə üç azərbaycanlı hücum edərək pulunu oğurlayb

Pakistanlı turist Bakının Nərimanov rayonunda mütəşəkkil dəstə quldurluğunun qurbanı olub.

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

İyunun 9-da, saat 08:00 radələrində Əlicabbar Orucəliyev küçəsində, martın 15-dən Bakıda olan və koronavirus pandemiyası səbəbindən sərhədlərin bağlanmasına görə paytaxtımızda qalan 1997-ci il təvəllüdlü Pakistan vətəndaşı Mehran Əli Əmanəti üç naməlum şəxsin hücumuna məruz qalıb.

Cinayətkarlar turisti döyərək, onun 1 000 manatını oğurlayıb qaçıblar.

18-ci Polis Bölməsi tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hücumda şübhəli bilinən şəxslər tutulub. Onların 1992-ci il təvəllüdlü Samir Qəmbərzadə, 1996-cı il təvəllüdlü Amil Məlikov və 1997-ci il təvəllüdlü Kamil Qurbanov olduğu məlum olub.

Daha çox göstər
Back to top button