Artsax Respublikasının Parlamentidə Xarici əlaqələr, Maliyyə-büdcə və iqtisadi idarəetmə daimi komitələri Vahram Balayanın və Artur Harutyunyanın sədrliyi ilə iclas keçiriblər.
Bu barədə Artsax Respublikasının Parlamentindən məlumat verilib.
İclasda xarici əlaqələr və turizm, İctimai Televiziya və Radio şirkətləri, “Azad Vətən” qəzetinin 2019-cu ilin dövlət büdcəsində nəzərdə tutulan xərclər haqqında illik hesabatları müzakirə olunub.
Arstax Respublikasının xarici işlər naziri Masis Mayilyan 2019-cu ilin büdcə xərcləri haqqında məlumatlar təqdim edərək, qeyd etdi ki, nzirlik üçün 786 milyon 706 min dram ayrılıb( təxminən 1.6 milyon dollar ). Faktiki olaraq, 674 milyon 315 min dram xərclənib, bu isə ayrılan məbləğin 85,6%- təşkil edir.
İclasda Turizm şöbəsinin sədri Artak Qabrielyan də hesabat təqdim etdi. Onun sözlərinə görə, 2019-cu ilin yanvar-dekabr aylarında 93 ölkədən 41963 turist Artsax Respublikasını ziyarət etdi, bu göstərici ötən ilin göstəricisindən 46,7% çoxdur.
Turizm inkişaf proqramını təqdim edərək, Artak Qabrielyan qeyd etdi ki, 25 milyon dram ayrılıb, bundan 19 milyon 517 min dram (təxminən 39 min dollar )və ya 78 faizi xərclənib.
İctimai Televiziya və Radio Şirkətinin Şurasının sədri Arsen Arstamyan Şuranın 2019-cu ilin xərclərinə toxunaraq, qeyd etdi ki 27 milyon 958 min dramdan 26 milyon 636 min dram (təxminən 57.575 ABŞ dolları) (95,3%) xərclənib.
“Azad Vətən” qəzetinin redaktoru Norek Gasparyan isə bildirib ki, 2019 il üçün 94 milyon 120 min dram ayrılıb. Satış və abunəçilərdən gələn gəlirlər 4 milyon 300 min dram, bəyanatların gəliri isə 2 milyon dram təşkil etdi
İclas iyunun 12-də də davam edcəcək.