
“Qarabağ İslam müqavimət hərəkatı”nın sədri Rövşən Əhmədli müxalifət olan Milli Şurasını tərk etdi. Haqqin.az xəbər verir ki, bu barədə Rövşən Əhmədli özünün Facebook səhifəsində elan edib.
“Fərqli məsələlərə dair fərqli baxışlar normal haldır və demokratiya göstəricisidir. Bununla yanaşı, Azərbaycan xalqının dəyişməz milli-mənəvi və dini dəyərləri var. İllər boyu bir-birimizin mövqeyinə hörmət etməyi belə də öyrənmədik. Hadisələr göstərdi ki, ambisiyalardan qurtularaq monolit birlik olmağımız mümkün deyil”-deyərək Rövşən Əhmədli qeyd edib.
Əhmədli Milli Şuradakı son hadisələrdən də dərin kədərləndiyini söylədi: “Bu birliyi qorumaq və insanların gözləntilərini qarşılamaq üçün bütün səylərimə baxmayaraq, indiki vəziyyətdə Milli Şuranın tərkibində olmağı mümkün hesab etmirəm və oranı tərk edirəm”-deyən Rövşən Əhmədli Milli Şuranın digər üzvlərini konfliktlərə son qoymağa səslədi.