
İlin əvvəlində Nikol Paşinyanın 2011-ci il istehsalı, 2012 –ci ildə əldə etdiyi HYUNDAI avtomobili olub o da iyul ayında 4 milyon 550 min dramla Arsen Manukyanadlı şəxsə satılıb. Paşinyan satışdan əldə olunan gəlirləri bankların birinə qoyub.
Nikol Paşinyan 790 min dram və 1800 dollar nağd elan edib.. Baş nazirin ilin əvvəlində və sonuncusu elan etdiyi nağd pul eyni olsa da, ilin sonunda 276 min 10 dram, 297 dollar və 5 avro dəyişikliyə məruz qalıb.Həmin ilin sonunda Paşinyanın bank hesabında 3 milyon 333 min 423 dram və 320 dollar var olub.
2019-cu il ərzində Baş nazirin maaşı 11 milyon 644 min 725 dram idi. Paşinyan”Antares” MMC-dən 2 milyon 406 min 865 dram gəliri olub..
Baş nazirin ailəsindən həyat yoldaşı Anna xanım Hakobyanın əmlakı var. Şengavit inzibati dairəsindəki çoxmənzilli binada bir mənzil olduğunu elan edib.
Anna Hakobyan üç nəqliyyat vasitəsini elan etdi: RENAULT, NISSAN və VAZ. İlin əvvəlində onun 523 dollar və 275 min 512 dramı, ilin sonunda isə 904 min 863 dram və 183 dolları olub. Bundan başqa Anna Hakobyan da 1000 dollar nağd pul elan etdi.
Anna Hakobyan, “Bizim mətbəə” və “Dareskizb” MMC-dən 7milyon 672 min 920 dram gəlir əldə edib.
İlin sonunda Nikol Paşinyanın böyük qızı Maryam Paşinyanın bank hesabında 324min 267 dram var. Bütün il ərzində “Dijiteyn” MMC-dən maaş olaraq 2 milyon 82 min 476 dram gəlir əldə etmişdir..(1 dollar 483 drama bərabərdir). Mətn News.am-ə məxsusdur.