BaşlıcaSiyasət

Baş nazir Paşinyan RF hökumət başçısını Rusiya günü münasibətiylə təbrik edib

Baş nazir Paşinyanın Rusiya hökumətinin başçısına göndərdiyi mesajda deyilir:

“Hörmətli Mixail Vladimirioviç,

Sizi dövlət bayramı – Rusiya Günü münasibətilə ürəkdən təbrik edirəm.

Bu bayram Rusiya dövlətçiliyinin min illik tarixini, ölkənin zəngin mənəvi və mədəni irsini və ölkənin inkişafı və çiçəklənməsinə yönəlmiş sonrakı quruculuq işlərini, habelə beynəlxalq aləmdəki rolunu gücləndirməyi özündə əks etdirir.

Xalqlarımız arasında çoxəsrlik dostluğa əsaslanan erməni-rus müttəfiq münasibətləri beynəlxalq platformalarda, xüsusən Avrasiya İqtisadi İttifaqı çərçivəsində konstruktiv və qarşılıqlı faydalı strateji tərəfdaşlıq çərçivəsində öz əksini tapmışdır.

Ölkələrimiz arasında ticarət, iqtisadi, enerji, hərbi-siyasi, mədəni, humanitar və digər sahələrdə əməkdaşlığın ardıcıl şəkildə möhkəmlənməsini məmnuniyyətlə qeyd edə bilərik.

Ümid edirəm ki, dünyadakı epidemioloji vəziyyət yaxın gələcəkdə həll ediləcəkdir ki, bu da yeni ideya və təşəbbüslərin həyata keçirilməsi üçün yaxın əlaqələri tam bərpa etməyə imkan verəcəkdir.

Sizə, hörmətli Mixail Vladimiroviç, möhkəm cansağlığı, firavanlıq və dövlət fəaliyyətinizdə məsuldar uğurlar, qardaş Rusiyanın bütün vətəndaşlarına əmin-amanlıq və firavanlıq diləyirəm”.

Daha çox göstər
Back to top button