BaşlıcaSiyasət

Baş nazir RF Prezidentini Rusiya günü münasibətilə təbrik etdi

Baş nazir Nikol Paşinyan Rusiya günü münasibətilə Rusiya Prezidenti Vladimir Putinə və Baş nazir Mixail Mişustinə təbrik mesajları göndərdi. Bu barədə “Armenpress” ə ER Baş naziri Aparatının İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Vladimir Putinə ünvanlanan mesajda  xüsusən deyilir:

“Hörmətli Vladimir Vladimiroviç,

Sizi dövlət bayramı – Rusiya Günü münasibətilə ürəkdən təbrik edirəm.

Bu bayram Rusiya Federasiyasının siyasi, sosial-iqtisadi uğurları ilə, beynəlxalq aləmdəki rolunu gücləndirməklə sıx əlaqəlidir.

Ermənistan və Rusiya arasındakı müttəfiq münasibətləri ölkələrimizin xalqlarının rifahı naminə durmadan inkişaf edir və Ermənistan-Rusiya əməkdaşlığının demək olar ki, bütün sahələrində  daha da dirçələrək genişlənir.

Əsrlər boyu davam edən dostluq və etimad tarixi, xalqlarımızın güclü qardaşlıq bağları yalnız ikitərəfli səviyyədə deyil, beynəlxalq təşkilatlar və inteqrasiya ittifaqları çərçivəsində də konstruktiv əməkdaşlıq və qarşılıqlı dəstək üçün möhkəm zəmindir.

Səmimi qəlbdən ümid edirəm ki, yaxın gələcəkdə ölkələrimiz misli görünməmiş qlobal çağırışlar və təhdidlərin müvəqqəti çətinliklərini dəf edə və ənənəvi yaxın əlaqələri bərpa edə biləcəyik.

Bu bayramda,Sizə  hörmətli Vladimir Vladimiroviç  möhkəm cansağlığı, xoşbəxtlik və davamlı uğurlar, qardaş Rusiya xalqına isə sülh, firavanlıq və çiçəklənmə  diləyirəm”.

Daha çox göstər
Back to top button