“Bu necə torpaq, necə diyardır?Burada kimsə uşaq deyilsə, marşaldır”: Dmitri Dibrov Ermənistan və Artsaxla bağlı xatirələrini bölüşdü (video)

Məşhur rus televiziya aparıcısı, jurnalist və “Kim milyoner olmaq istəyir” populyar proqram aparıcısı Dmitri Dibrov HAYASA mərkəzinə eksklüziv müsahibə verib.
Tigran Manasyana verdiyi müsahibədə Dibrov Ermənistan, Artsax, erməni cazı və milli xeyriyyəçi Levon Hayrapetyanla bağlı xatirələrini bölüşdü.
“Biz iradəmizdən asılı olmayaraq xalqlarımızı təmsil edirik. Səfirliklərdə deyil: bunun üçün xüsusi diplomatlar var, onlar təkminləşirlər, hökumətlərinin etimadına layiq görülürlər. Ölkələrini diplomatik səviyyədə təmsil edirlər. Ancaq bunlar ölkələrdir. Biz öz xalqlarımızı hətta kommunal mətbəxdə təmsil edirik.

Levon Gurgenoviş Hayrapetyan xalqının tamamilə layiqli nümayəndəsi idi. Artsax haqqında bilmək istədiyiniz hər nə varsa onun daxilində idi. Sərt, lakin təssəvvür edilməz dərəcədə ağıllı, anlayışlı, mehribandır. Bu, yəqin ki, bir erməni xüsusiyyətidir.Çox istərdim ki, bunu bütün ruslar bölüşsün”-deyərək Dibrov Artsaxda sevilən xeyriyyəçi Levon Hayrapetyanı belə təsvir etdi.
Məşhur aparıcı, erməni cazının çalındığı tədbirlərin birində (və Dibrov erməniləri “Sovet cazının padşahları” adlandırdı) Hayrapetyan hər kəsə bir səsdiskini göstərdi. Levon Hayrapetyanın özü tərəfindən maliyyələşdirilməklə eyni gündə Artsaxda baş tutan 700 toyun video görüntülərini göstərdiyini izah etdi.Dibrov Artsax haqqında danışmaqla o faktı xatırlatdı ki,Artsax Sovet İttifaqının ən yaxşı marşallarını verib.

“Bu nə cür diyardır? Kim ki, uşaq deyisə, o marşaldır”-deyərək Dibrov zarafat etdi. Mətn Инфотека 24-ə məxsusdur.
Dibrovla ətraflı video reportajı aşağıdakı linkdən izləyə bilərsiniz:
https://az.armradio.am/wp-admin/post.php?post=141570&action=edit