Avropa Şurasının İnsan Haqları üzrə Komissarı Dunya Miyatoviç Turan agentliyinə iyunun 8-də Bakının Yeni Yasamal yaşayış massivində polis reydi ətrafındakı vəziyyətlə bağlı şərh verib.
Ermənistanın İctimai Radiosu “Turan” İnofrmasiya Agentliyinə istinadən xəbər verir ki, komissar COVID-19 pandemiyası ilə əlaqədar bir çox Avropa Şurası ökələrinin insan həyatlarını qorumaq naminə ölçülər götürdüyünü, ictimai toplantılara, hərəkət azadlıqlarına müvəqqəti məhdudiyyətlər tətbiq etdiyini qeyd edib.
“Təəssüf ki, Azərbacyan da daxil olmaqla, bəzi hökumətlər bu məcburiyyətdən bəhanə kimi istifadə edərək, ifadə azadlığına və toplaşma azadlığına basqılar həyata keçirirlər” , deyə Miyatoviç bildirib.
Miyatoviç Azərbaycanda toplaşma azadlığına qarşı tətbiq olunan qeyri-proporsional müdaxilələrə qarşı xəbərdarlıq etdiyini qeyd edib.
“Bu yaxınlarda daxili işlər nazirinə göndərilən məktubda mən nümayişlərin dağıdılması və bu kontekstdə toplaşma azadlığına qoyulan məhdudiyyətlər, ələlxüsus hüquq-mühafizə orqanları tərəfindən nümayişçilərə qarşı ifrat güc tətbiqi ilə bağlı narahatlıqları qaldırmışam”.
“Böhran ifrat güc tətbiqinə, fiziki bədrəftara və polis tərəfindən başqa hüquq pozuntularına haqq qazandıra bilməz”, deyə o qeyd edib.