BaşlıcaSiyasət

ER SQ-nin rəhbərliyi mütəmadi olaraq koronavirus üçün test verir – Niyə?

Ermənistan Silahlı Qüvvələrinin rəhbərliyi mütəmadi olaraq epidemiya təhlükəsizliyini təmin etmək üçün koronavirus testləri keçirir.

Sputnik Aremenia xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan məlumat verib.

“Arzuolunmaz ssenariləri istisna etmək üçün zaman-zaman koronavirus testini keçmək lazımdır və biz belə də edirik”,-Stepanyan qeyd etdi.

Qeyd edək ki, daha əvvəl xəbər yayılmışdı ki, ER Baş naziri Nikol Paşinyanla Moskvaya gedən MN nümayəndə heyəti 3-4 gündə koronavirus testləri aparır. Şuşan Stepanyan deyib ki, bu testlərin Moskvaya səfəri ilə əlaqəsi yoxdur.

Daha çox göstər
Back to top button