Başlıcaİctimaiyyət
Ermənistanda fövqəladə vəziyyət rejimi üçüncü dəfə uzadılıb

Ermənistanda koronavirus pandemiyasına görə fövqəladə vəziyyət rejimi iyulun 13-dək uzadılıb.
Bu barədə qərar Ermənistan hökumətinin iyunun 12-dən keçirilən növbədənkənar iclasında qəbul edilib.
Bununla da ölkədə fövqəladə vəziyyət rejimi üçüncü dəfə uzadılıb.
Qeyd edək ki, Ermənistanda fövqəladə vəziyyət rejimi martın 16-dan tətbiq olunur.
İyunun 12-nə olan məlumata əsasən, Ermənistanda 15 281 nəfər koronavirusa yoluxub, 258 nəfər isə bu infeksiyadan ölüb.