Könüllü həkimlər yardıma tələsir: Həkimlər koronavirusla mübarizədə kömək etmək üçün Yerevana gəlir
Moskvadakı Pavlovsk xəstəxanasının baş həkimi Georgi Melkonyan həkimləri Ermənistana getməyə, yerli həkimlərə koronavirus ilə mübarizədə kömək etməyə çağırdı.
Melkonyan öz Feysbuk səhifəsində Ermənistanda koronavirusun yayılması ilə bağlı çətin vəziyyətin olduğunu yazıb. Onun sözlərinə görə, səhiyyə sisteminin resursları tükənməkdədir və xəstəliyi lokallaşdırmaq və söndürmək üçün tədbirlər görmək lazımdır.
“Bununla əlaqədar Yerevana uçmaq imkanı olan bütün həmkarlarımızı kömək etməyə çağırıram”,-deyə o qeyd etdi.
Melkonyan qeyd edib ki, müraciət həm erməni həkimlərinə, həm də bütün həkimlərə aiddir. O vurğuladı ki, Moskvada bu ağır aylarında işləyib çox böyük təcrübə qazananlar öz təcrübəsini Yerevandakı həmkarları ilə bölüşə bilər və Ermənistan xalqına kömək edə bilərlər.
Melkonyan Ermənistanın Rusiyadakı səfiri ilə danışdığını və çox güman ki, uçuşun gələn həftə təşkil olunacağını söylədi.