
Bu qanunvericilik təşəbbüsü soyqırımı təhrik etdiyinə görə cinayət məsuliyyətini müəyyən edir. Qanun layihəsinin müəllifi, “Mənim addımım” fraksiyasından olan millət vəkili Vladimir Vardanyan bu haqda mayın 11-də parlamentin Dövlət və Hüquq məsələləri üzrə daimi komitənin iclasında bəyan edib.
Onun sözlərinə görə, mövcud Cinayət Məcəlləsində belə bir cinayətə görə cəza yoxdur.
“Ermənistan üçün bütün dünyada soyqırımların qarşısını almaq çox vacibdir. Bu qanun layihəsi insanlığa qarşı bu cür cinayətlərin qarşısını almaq üçün vacibdir”-deyərək o qeyd edib.
Beləliklə, Ruanda və ya Şimali İraqda soyqırımı törətmiş şəxslərə Ermənistandan siyasi sığınacaq verilə bilməz.
Deputat onu da qeyd etdi ki, söhbət o şəxslər haqqındadır kimlər ki, digər ölkələr ərazilərində oxşar cinayətkalıqlar edib.
Müzakirələrdən sonra qanunvericilik təşəbbüsü komissiyadan müsbət nəticə aldı.