Başlıcaİctimaiyyət

Azərbaycanda COVID-19-a yoluxanların sayı 9957-yə çatdı

Bazar günü Azərbaycanda daha 387 nəfərin koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 274 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb, 4 nəfər ölüb.

Məumatı Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilib.

Azərbaycanda indiyədək 9957 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 5583 nəfər müalicə olunaraq sağalıb, 119 nəfər vəfat edib, 4255 nəfərin xəstəxanalarda müalicəsi davam etdirilir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 381 min 846 test aparılıb.

Qeud olunur ki, beləliklə iyunun 14-də Azərbaycanda ən çox yoluxma faktı qeydə alınlb. Bundan öncə ən çox yoluxma – 379 – iyunun 6-da baş vermişdir.

Daha çox göstər
Back to top button