BaşlıcaTəhlil

Bakının növbəti dezinformasiyası

İranşünas Vardan Voskanyan öz Facebook səhifəsində yazıb:

“Bildiyimiz kimi, iyunun 11-də Bakı diktatorunun təbliğat maşını Twitter-də məlumat yaymışdı ki, sözdə “Dağlıq Qarabağın azərbaycanlı icması” təşkilatının sədri və təşkilata üzv adlandırılan şəxslər İranın Bakıdakı səfiri ilə görüşdülər. Qeyd olunurdu ki, səfir “Azərbaycanın ərazi bütövlüyünə tam dəstəyini ifadə edib, Ermənistanın işğalını pisləmişdir”.

Ancaq, İranın Azərbaycandakı səfirliyinin rəsmi saytında məzmun baxımından olduqca fərqli məlumat yayılmışdı. Məlumatda “Ermənistanın işğalını pisləmək”-lə bağlı hər hansı bir söz yoxdur, lakin məsələnin sülh yolu ilə həll etmə zururəti açıq şəkildə qeyd olunur.

“Ərazi bütövlüyü”-nə gəlincə: müxtəlif İranlı rəsmilər bu prinsipi barədə bəyanatlar edir və bunun üçün iki əsas amil var – bir tərəfdən İran çoxmillətli siyasi vahiddir və ölkənin müxtəlif bölgələrində separatizm mərkəzləri vardır. Digər tərəfdən də, rəsmi Tehran Yaxın Şərqdə müttəfiqi olan İraq və Suriyanın parçalanmasına qarşıdır.

Başqa bir incəlik də var. Beynəlxalq hüquq üzrə mütəxəsislərlə apardığımız məsləhətləşmələri nəzərə alsaq, Azərbaycan Respublikasının ərazi bütövlüyü derkən Artsaxın da bunun tərkib hissəsi olması anlamına gəlmir, çünki Artsax və Azərbaycan paralel olaraq SSRİ-dən müstəqil olmuşlar. Yəni, Artsax heç vaxt müstəqil Azərbaycanın tərkibinə daxil olmamışdır.

Diqqətəlayiqdir ki, İranın rəsmi mənbələrində sözdə (V. Voskanyan tərəfindən əlavə olundu) “Dağlıq Qarabağın azərbaycanlı icması” aydın şəkildə bir təşkilat olaraq qeyd olunur. Bu da onu göstərir ki, İranın səfiriylə görüşən şəxslər Artsaxda mövcud olmayan azərbaycanlı icmanın nümayəndələri deyil, təşkilat olaraq qəbul olundu.

Aydındır ki, Azərbaycan tərəfindən yayılmış məlumatda İran səfiri ilə görüşün məzmununda açıq-aydın dezinformasiya var. İstədiklərini reallıq kimi göstərmək isə, primitiv təbliğat oyunudur. Bunun məqsədi isə, Ermənistan-İran münasibətlərinə zərbə vurmaq və belələcə, türk-azərbaycanlıların planına uyğun olaraq, Ermənistanı cənubdan da mühasirəyə almaqdır.

Sonda, hesab edirəm ki, İranın Bakıdakı səfiri bu süni təşkilatın nümayəndələri ilə görüşmədən əvvəl nəzərə almalıydı ki, onun rəhbəri Tural Gəncəliyevin İsrailin ABŞ-dakı lobbi qurumları ilə sıx əlaqələri var və bu barədə məlumatlar internetin açıq mənbələrində də mövcudur”.

Daha çox göstər
Back to top button