ER Müdafiə naziri David Tonoyan respublikanın Cənub-Şərq hərbi hissələrdə olub və xidmətin təşkili prosesini izləyib. Məlumatı ER Müdafiə nazirliyinin mətbuat xidməti yayıb.
“Monte Melkonyanın xatirəsi günündə nazir Tonoyan milli qəhrəman adını daşıyan yüksək səviyyəli hərbi bazaya baş çəkib, eləcə də monitorinq imkanları, hərbi vəzifələrin şərtləri ilə tanış olub, habelə xidmət əsnasında ayaq mövqelərində xidməti ərzində gözə çarpan hərbiçiləri mükafatlandırıb”- deyərək məlumatda qeyd edilib.
Səfəri zamanı Tonoyan, inşaat işlərinin aparıldığı, yeni infrastrukturların qurulduğu, hərbçilərin mənzil-məişət şəraitinin yaxşılaşdırıldığı, hərbi hissələrin təlim nöqtələrinin təmiri və təchiz olunduğu hərbi hissələrdə də olub.
Müdafiə naziri bu yaxınlarda qida ilə təmin etməyin yeni bir üsulunun tətbiq olunduğu hərbi hissələrdən birinin yeməkxanasını dövr edib.
Səfərin sonunda David Tonoyan komanda heyəti ilə məsləhətləşmə aparıb və müvafiq tapşırıqlar verib.