BaşlıcaTəhlil

Deputat: Biz Ermənistanla Artsax arasında lazım olduğu qədər yol çəkə bilirik

ER parlamentinin “Mənim addım” fraksiyasının deputatı Mikayel Zolyan Avropa Parlamentinin 3 məruzəçisinin bəyanatını çərh edib. Qeyd edək ki, bəyanatda Artsax “işğa olunmuş ərazi”olaraq təqdim olundu, məsələni isə, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll etməni təklif olundu.

Zolyanın sözlərinə görə, bu bəyanatla bağlı danışanda nəzərdə tutulmalıdır ki, bu, Avropa Paramentinin və Aİ-nin rəsmi mövqeyini əks etdirmir. Bu sadəcə 3 deputat tərəfindən edilmişbəyanatdır. Bu demək olmur ki, bəyanata məhəl qoymamalıyıq, bu bəayanatın faktı belə narahatedicidir. Məhz bu da Ermənistan tərəfinin kəskin reaksiyasına səbəb oldu və Zolyanın fikrincə, Aİ buna cavabsız qalmayacaqdır.

Deputatın sözlərinə görə, erməni tərəfi üçün aydındı ki, Ermənistanla Artsax arasında 3-cü yolun çəkilməsi bəzilər üçün xoşagəlməz olacaq və onlar da addım atmağa cəhd edir. Lakin bu demək olmur ki, yolun çəkilmə planlarından imtina etməliyik.

“Təəssüf ki, uzun zamandır Ermənistanın xarici siyasəti güclü dövlətlərin bizi tərifləyib etməyəcəklərini rəhbər tutur. Ancaq, xarici siyasət yalnız maraqlarımıza və dəyərlərimizə xidmət etməlidir. Bizim hərəkətlərimiz kimsələr üçün xoşagəlməz olsa da, biz planlarımızdan imtina etməməliyik. Başqa bir məsələdir ki, biz bu negativ reaksiyalara həddindən artıq əhəmiyyət verilməməsi üçün iş aparmalıyıq”,-deyə Zolyan qeyd etdi.

Onun fikrincə, Ermənistan və Artsax istədikləri qədər yol çəkə bilərlər. Ermənistan nümayəndə heyətinin Aİ-Ermənistan əməkdaşlıq qrupundakı açıqlamasında Avropa Parlamentinin bəyanatının qəbuledilməzliyinə dair əsaslandırıcı dəlillər mövcuddur. Zolyan hesab edir ki, Avropa Parlamenti bu arqumentləri görməzdən gəməyəcəkdir. Erməni tərəfi də öz mövqeyini digər kanallarla da çatdırmağa çalışır.

Zolyanın qeyd edib ki, Avropa Parlamentinə kimə hansı vəzifə verməsinə dair söyləməsi Yerevanın işi deyil, amma bu bəyanat bir sıra suallar doğurur və bu deputatlar bu suallara cavab verməlidir.

Məsələ bu deputatların Avropa Parlamentini regionumuzda tərəfsiz şəkildə təmsil edə bilib bilməmələridir. Bu xüsusilə də, 2012-ci ildə 88,7% səslə ümummilli impiçmentə məruz qalan Rumıniyanın keçmiş prezidenti Trayan Basesk ilə əlaqədardır. Zolyan bu xadimin təcrümeyi-halını tapıb nəticələr çəxarmağı tövsiyə edir: “Düşünürəm ki, avropalı tərəfdaşlarımızın da belə etməsi yaxşı olardı”,-deputat vurğuladı.

Daha çox göstər
Back to top button