BaşlıcaSiyasət

ER Silahlı Qüvvələrinin 75 hərbçisi qələbə paradında iştirak etmək üçün Moskvaya gedib

ER  Silahlı Qüvvələrin 75 hərbçisi Böyük Vətən müharibəsində qələbənin 75 illiyinə həsr olunmuş hərbi paradda iştirak etmək üçün Rusiya Federasiyasının paytaxtı Moskvaya gedib. “Armenpress” ilə söhbətində Müdafiə nazirinin mətbuat katibi Şuşan Stepanyan bu barədə qeyd edib.

“Dünən ER Silahlı Qüvvələrinin 75 hərbçisi iyunun 24-də Moskvada keçiriləcək Böyük Vətən müharibəsində qələbənin 75 illiyinə həsr olunmuş hərbi paradda iştirak etmək üçün Moskvaya gedib. Heyət artıq oradadır, müvafiq tibbi müayinədən keçib və hərbi parada hazırdır. Hərbçilər indi birgə təlim və hazırlıq işlərinə cəlb olunurlar”- deyə Stepanyan bildirib.

Hərbi parad zamanı Ermənistan Silahlı Qüvvələrinin hərbçiləri Tamanyan Diviziyasının hərbi və ER bayraqları dalğalandıracaqlar.

Daha çox göstər
Back to top button