
Ermənistan Respublikasının Xarici işlər nazirliyi Artsaxın Şahumyan bölgəsinin işğalının 28-ci ildönümü münasibətilə bəyanat yayıb. Bəyanatda xüsusilə deyilir:
“Bu günlərdə Azərbaycan silahlı qüvvələri tərəfindən Şahumyan rayonunun işğalının 28-ci ildönümüdür. 1992-ci ilin iyun ayının ortalarında Azərbaycan silahlı qüvvələri Şahumyan bölgəsini tamamilə işğal etdi və kütləvi vəhşiliklər yolu ilə erməni əhalisini öz yurd-yuvalarından qovdu.
Tamamiylə etnik təmizlənmədən sonra, Azərbaycan bölgənin təxminən 20-yə yaxın erməni yaşayış yerlərini yenidən məskunlaşdırdı və eyni aqibət Azərbaycanın işğal etdiyi Artsaxın Mardakert və Martuni bölgələrində təkrar olundu.
Azərbaycanın nəzarətində olan Artsax ərazilərində həyata keçirilən etnik təmizləmələr və azərbaycanlıların həmin ərazilərə köçürülərək məskunlaşdırılmasını bu gün hələ də Dağlıq Qarabağ münaqişəsinin həlli üçünAzərbaycan ən yaxşı seçim hesab edir. Bu reallıq, bu gün Artsax xalqının üzləşdiyi təhlükəsizlik təhdidləri tərəfindən daha da vurğulanır.
Azərbaycanın Artsaxda törətdiyi kütləvi vəhşilikləri sərt şəkildə pisləyərək, Artsax hakimiyyətinin Şahumyan, habelə Martakert və Martuni bölgələrinin işğal olunmuş ərazilərinə qarşı qanuni tələblərini dəstəkləyirik”.