Başlıcaİctimaiyyət

Ermənistanda daha 397 nəfərdə koronavirus aşkarlanıb, 62 nəfər sağalıb

Ermənistanda daha 397 nəfərdə koronavirus aşkarlanıb, 62 nəfər sağalıb və evə buraxılıb.

Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bildirilib ki, bununla da Ermənistanda virusa yoluxanların sayı 17 064-ə yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 16 nəfər artaraq 285-ə çatıb. İndiyədək 6 276 nəfər infeksiyadan sağalıb. Hazırda Ermənistanda 10 409 aktiv koronavirus xəstəsi var. İnidyədək 83 600 test aparılıb.

Daha çox göstər
Back to top button