Başlıcaİctimaiyyət

Jurnalist atasının ölümündə Azərbaycan səhiyyəsinin günahkar olduğunu bildirib

Jurnalist Seymur Kazımov TƏBİB sədrinə açıq məktub yazıb.

Oxu.Az xəbər verir ki, o, məktubunda bir neçə gün öncə atasının ölümündə Azərbaycan səhiyyəsinin günahkar olduğunu bildirib.

Jurnalist yazır ki, atası 10 gün müddətində yüksək hərarətdən əziyyət çəkib. O, ölümündən 4 gün öncə koronavirus testi verib. Testin neqativ cavabı isə öldüyündən 2 saat sonra gəlib.

Seymur Kazımov deyir ki, xəstəxanada atasına ikitərəfli pnevmaniya dioqnozu qoyulub. Əlamətləri koronavirusa bənzər olduğunda 10 gün müddətində ailələri çox əziyyət çəkib. Atası üçün çağırılan təcili tibbi yardımdan tutmuş, xəstəxanaya yerləşdirilməsinə qədər, hər şeydə problem yaşayıblar.

Məktubun sonunda jurnalist aidiyyatı qurumlara suallar ünvanlayıb:

  1. Azərbaycanda koronavirusdan başqa xəstəliyi olanlar yoxdur, yoxsa, başqa dərdi olanlar xəstəxanalarda müalicə ala bilməz? Məgər, qızdırma ancaq koronavirus əlamətidir?
  2. Həkimləriniz tez-tez deyir, elə Operativ qərargahda da dedilər ki, xəstəxanalarda yer yoxdur. Mən də soruşuram, xəstəxanaların dolması mənim atamın günahı idi? Yoxsa, Operativ qərargahın məsuliyyətsiz qərarlarında onun da imzası var?
  3. “Xəstəxanada niyə yer yoxdur? məsələsinə”. Birdən-birə bütün obyektlərin açılması, insanların sərhədsiz küçələrə axışması qərarını kim verdi?
  4. Operativ qərargahın tibbi heyəti kimlərdən təşkil olunub, onların adları və vəzifələri bugünədək niyə açıqlanmır, axı, xəstəxanaların dolmasına səbəb məhz bu şəxslərin aldıqları məntiqsiz qərarlardır.
  5. İkitərəfli pnevmaniya, 39 qızdırma, 360 dozalı şəkər xəstəsinə “testinizin cavabı pozitiv olsa, sizi xəstəxanaya yerləşdirəcəyik, neqativ olsa ev şəraitində müalicə olun” demək göstərişini kim verib, siz? Bu qərara gəlmək hansı beynin məhsuludur?
  6. Testin cavabı niyə 3 gün ərzində çıxır? Niyə ən geci 1 saat ərzində cavabı məlum olan testlər gətirilmir ölkəyə? İnsanlar niyə 3 gün ölümlə üz-üzə qalmalıdır? Korona fonduna milyonlar yığılıb, nə üçün onlar xərclənmir? Vəziyyət getdikcə gərginləşir, dünya açılıma gedir, Azərbaycan qapanır. Nəyi gözləyirsiniz?
  7. “SEMAŞKO”da morqun qarşısında yaxınlarını itirmiş insanlala söhbət zamanı məlum oldu ki, demək olar ki, əksəriyyətin qohumu pnevmaniyadan əziyyət çəkirmiş. Pnevmaniya koronavirusun əsas simtopmlarından biri olsa da, onu virus hesab etmirsiniz, çünki cavabı 3-4 gündən sonra məlum olan test neqativ göstərir. Sizcə, pnevmaniyanın sayı niyə belə artıb. İndi yay fəslidir. Bu fəsildə onların hamısının ciyərlərinə soyuq dəyib? Ötən il nə qədər olub yayda pnevmaniyadan ölənlərin sayı?
Daha çox göstər
Back to top button