Başlıcaİctimaiyyət

“Minval.az”-ın baş redaktoru: “Azərbaycan hakimiyyəti koronavirus vəziyyəti ilə bağlı yalan danışır”

“İnfoteka24.ru” xəbər verir ki, “Minaval.az”-ın baş redaktoru Emil Mustafayev öz “Facebook” səhifəsində Azərbaycan hakimiyyətini koronavirusla mübarizədə uğursuz cəhdləri atmaqda və ölkədə pandemiya vəziyyəti ilə bağlı saxta məlumatların yayılmasında ittiham etdi.

“Azərbaycanda koronavirusla bağlı vəziyyət artıq kontroldan çıxıb. Əhali artıq hökumətə inanmır, onların xəbərdarlıqlarını ciddiyə almır. Koronavirusa xəstələrini xəstəxanalara aparmırlar, çünki yer yoxur (sosial şəbəkələrdəki qruplar belə məlumatlarla dolğundur, media susur, ictimai fəallara bu mövzuda danışmağı qadağan edilib). Operativ qərargahın işləri isə tamamilə uğursuz idi. Hakimiyyət öz uğursuzluqlarına görə məsuliyyəti işsiz və koməksiz qalan vətəndaşlara yükləyir. Daha nə qədər insanlara yalan danışmaq olar ?

Koronavirusla mübarizədə imitasiya yaratmasına son qoymağın vaxtə gəldi. Yalan danışmağı dayandırmaq və özünüzə etiraf etmək lazımdır ki, çətin vəziyyət yaradılıb. Həm də həftələrlə İlham Əliyevin modul tipli xəstəxanaların açılmasına gəlməsini gözləmək lazım deyildir, çünki artıq vaxt yoxdur”,- deyə Mustafayev yazıb.

Daha çox göstər
Back to top button