ArtsaxBaşlıca

Artsax Respublikasının Prezidenti Müdafiə Ordusunun qida təchizatı ilə bağlı müşavirə keçirdi

 Artsax Respublikasının Prezidenti Arayik Harutyunyan iyunun 16-da Müdafiə Ordusunun qida təchizatı ilə bağlı müşavirə keçirdi. Bu barədə Artsax Respublikasının Prezident Administrasiyasından məlumat verilib.

Müşavirədə ER Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Onik Qasparyan, Artsax Respublikasının Müdafiə naziri Calal Harutyunyan, Artsax Respublikasının Kənd Təsərrüfatı naziri Aşot Baxşiyan, Artsax Respublikasının İqtisadiyyat və Sənaye İnfrastruktur naziri Levon Qrigoryan, Müdafiə Ordunun qidə təchizatı şirkətlərinin nümayəndələri və digər rəsmilər iştirak ediblər.

Müdafiə Ordusunun qida təşkilatında aparılan islahatları yüksək qiymətləndirən Prezident qeyd etdi ki, Artsax Respublikası Hökuməti tədarük proqramında yerli kənd təsərrüfatı məhsullarının növlərinin artırılmasında maraqlıdır.

“”Son on ildə bu istiqamətdəki uğurlar göz qabağındadır, lakin qeyd olunan həcmlərin artması və tədarükə yeni şirkətlərin cəlb edilməsi yerli istehsalın inkişafına daha da təkan verəcəkdir”,- deyə Artsax Respublikasının Prezidenti Arayik Harutyunyan qeyd etdi.

Müşavirədə ordu ilə özəl sektor arasında əməkdaşlıq imkanları, bu istiqamətdə dövlət dəstəyi proqramları müzakirə edildi.

Daha çox göstər
Back to top button